Mariana Vasileva yeni vəzifəyə seçilib

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək, bu barədə qərar Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisində verilib.
Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.
Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.
Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.
Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının "Əməkdar məşqçi" diplomuna (2019) layiq görülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























