• $
  • €
  • ₽
  • ₺
  • £

Mediasiya Şurasının fəaliyyətinə sosial işçilər cəlb olunub

Mediasiya Şurasının fəaliyyətinə sosial işçilər cəlb olunub
16.12.2021 16:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlər görülür. Bu tədbirlər çərçivəsində cari ilin 1 iyulundan qüvvəyə minmiş "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu xüsusi olaraq vurğulanmalıdır. Artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan və ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin DOSTu” proqramından artıq Mediasiya Şurası da faydalanmaqdadır.

Bu ilin oktyabr ayında Şura ilə proqramın icraçısı olan "DOST İş” Mərkəzi arasında şuranın fəaliyyətinə sosial işçilərin cəlb edilməsi ilə bağlı Saziş də imzalanıb. Sənədə əsasən əmək müqaviləsi bağlanaraq maaşları Mərkəz tərəfindən ödənməklə 5 nəfər sosial işçi Şurada işə cəlb edilib. Onlar əsasən kargüzarlığın təşkili, vətəndaşlara müvafiq sənədlərin hazırlanmasında köməkliyin göstərilməsi üzrə fəaliyyətə başlayıblar.

Məlumat üçün deyək ki, "İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol