KİV nümayəndələri üçün media-tur təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) və "Azərbaycan Standartlaşdırma İnstitutu” public hüquqi şəxsin laboratoriyalarına media-tur təşkil olunub. KİV nümayəndələrinə laboratoriyalar haqqında ətraflı məlumat verilib.
Sonra KİV nümayəndələri "Azərbaycan Standartlaşdırma İnstitutu "publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında olublar. Media təmsilçilərinə məlumat verilib ki, 2012-ci ildən fəaliyyət göstərən laboratoriya ən yeni texnologiya ilə istehsal edilən və beynəlxalq standartlara cavab verən 40-dan çox avadanlıq və ölçmə vasitələri ilə təchiz olunub. Sınaq laboratoriyasında normativ sənədlərə əsaslanaraq neft-qaz və neft-kimya məhsullarının (xam neft, təbii qaz, dizel yanacağı, kerosin yanacağı, benzin yanacağı, mühərrik yağları, sürtkü yağları, antifrizlər, lay suları, tullantı suları, yod, boya, emulsiyalar, yağ əsaslı laklar, tinerlər, yuyucu və ağardıcı casitələr, sabunlar, şampunlar, dezinfeksiyaedici vasitələr, naftalan yağları) fiziki-kimyəvi parametrləri analiz olunur.
Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında media nümayəndələri qarşısında 16 sınaq keçirilib. Bunlar benzin yanacaqlarında oktan ədədinin, dizel yanacağında setan ədədinin, benzin və dizel yanacaqlarında sıxlığın təyini, dizel yanacağında donma temperaturunun təyini, dizel yanacağında alışma temperaturunun təyini, yuyucu vasitələrdə aktiv maddələrin təyini və s. sınaqlardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























