Dövlət Xidməti ilə İslam İnkişaf Bankı arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib.
Tədbirdə Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Xidmətin struktur bölmə rəhbərləri, İqtisadiyyat nazirliyinin nümayəndələri və İslam İnkişaf Bankının Ölkə üzrə əməliyyat meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Azərbaycanda Halal sənayenin cari vəziyyəti və bu istiqamətdə gələcək planlara dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, İİB-in "Əks Əlaqə və Texniki Əməkdaşlıq Proqramı” vasitəsilə Azərbaycanda Halal ekosistemin inkişafına dəstək göstərilməsi istiqamətində potensial əməkdaşlıq imkanları müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























