Aliment borcu dövlət tərəfindən ödənmir - RƏSMİ

Aliment ödəməkdən yayınan şəxsin aliment borcu dövlət tərəfindən ödənmir. Çünki aliment borcunu şəxsin özü ödəməlidir, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analatik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.
Onun sözlərinə görə, Aliment Fondu yaradılsa belə, bu o demək deyil ki, icraatda olan bütün aliment sənədləri üzrə aliment borcları ödəniləcək.
"Fond yaradılsa, yerli icra orqanları tərəfindən bütün lazımi və məcburi tədbirlər görüldükdən sonra alimentin ödənilməsi mümkün olmasa, fonddan aliment ödənişi həyata keçirilə bilər. Amma sonradan həmin borcludan borcun geri alınması ilə bağlı tədbirlər davam etdiriləcək. Hazırda dövlət tərəfindən alimentin ödənilməsi halı yoxdur”, - deyə o bildirdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib