• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsi iştirakçısı ona torpaq verilməməsindən NARAZIDIR - ŞİKAYƏT

Vətən Müharibəsi iştirakçısı ona torpaq verilməməsindən NARAZIDIR - ŞİKAYƏT
21.12.2021 13:42
Hazırda Göygöl rayonunun Quşqara kəndində kirayədə yaşayan İkinci Qarabağ müharibəsi iştirakçısı Eynur Vəliyev ona torpaq sahəsinin verilməməsindən şikayətçidir.
 
"Müharibə iştirakçısı olmuşam və istəyirəm ki mənə torpaq sahəsi verilsin.  Prezidentə müraciət etmişəm, 4 razılıq məktubum var.  Aylıq gəlirim yoxdur deyə, heç nə ilə maraqlana bilmirəm. İşsizlikdən əziyyət çəkirəm, kirayədə yaşayıram, ayda 70 manat kirayə pulu ödəyirəm", - deyə Vəliyev bildirdi. 
 
O, həmçinin məsələ ilə bağlı ərazi üzrə deputat Elşad Mirbəşiroğluna, onun köməkçisi Namiq Məmmədova, Göygöl icra nümayəndəliyinə yaxınlaşsa da ona köməklik göstərən olmadığını  da vurğuladı. "Deputatın köməkçisi Namiq Məmmədov sonuncu dəfə mayın 4-ü gəldi, mənimlə danışdı, məsələni həll edəcəyini bildirdi. İndi isə onların qəbuluna düşə bilmirəm", - deyə Eynur Vəliyev şikayətləndi.   

Müharibə iştirakçısı həmçinin bildirir ki, hər ayın 10-da torpaq sahəsinin veriləcəyini desələr də, bu problem aylardır ki, həll olunmayıb. 
 
Məsələ ilə bağlı Göygöl deputatı Elşad Mirbəşiroğluna üz tutduq. Onun sözlərinə görə,  Eynur Vəliyevə 2022-ci il  yanvarın 5-də iki sot torpaq sahəsi veriləcək. 

"Eynur 2 sot torpağın verilməsi ilə bağlı müraciət edib. Dəfələrlə köməkçim Namiq Məmmədov, İcra Nümayəndəliyi, Bələdiyə sədri ilə görüşüblər.  Məsələnin uzanmağının səbəbi isə torpağın təyinatının dəyişməsi olub.  Mən bələdiyyə sədri ilə danışdım, bu məsələ öz həllini tapacaq. Eynur Vəliyevin dedikləri əsassızdır, biz onun zənglərinə mütamadi olaraq cavab vermişik. Mən özüm şəxsən onunla maraqlanmışam", - deyə millət vəkili vurğuladı. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Haşimov bildirir ki, qurumun tabeliyində Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasını həyata keçirir.
 
''Bu halda qazimizin əlillik statusu olmadığı halda onun mənzil şəraitinin yaxşılaşdırılmasına yerli icra hakimiyyəti orqanında baxıla bilər', - deyə o,  əlavə edib.
 
Aytac Zeynalova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol