• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni hərbçi azərbaycanlının onu necə xilas etməsindən danışdı - Video

Erməni hərbçi azərbaycanlının onu necə xilas etməsindən danışdı - Video
16.12.2021 19:11
44 günlük müharibə zamanı Suqoşuvanda yeddi nəfərlə birgə əsir götürülən erməni hərbçi Hayk hadisənin təfərrüatı barədə danışıb.

"Qafqazinfo” xəbər verir ki, Hayk azərbaycanlı əsgərlərin onun həyatını xilas etdiyini etiraf edib.

"Azərbaycanlı hərbçi atəş açdığımız hissəyə yaxınlaşdı və onu görüb-görmədiyimi soruşdu. 35-40 yaşı olardı. Silahını kənara qoydu və mənə inandığını dedi. O, həmçinin, məndən çıxmağımı və onunla danışmağımı təklif etdi. Mən heç vaxt azərbaycanlı əsgərin etdiyini etməzdim. Çünki o, bunkerdə onu nə gözlədiyini bilmirdi. Adı Vüqar idi. O, siqareti yandırıb mənə uzatdı.
Mən yaralı idim və bilirdim ki, bu yara səbəbindən ölə bilərəm. Bu barədə uşaqlara danışdım və bunkerdən çıxmağa qərar verdim. O, mənim yaram haqqında sual verdi və ağrının keçməsi üçün mənə iynə vurdular.

Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi.

Söz verdi ki, heç kim bizə toxunmayacaq. Bizi Bakıya göndərəcəklər, müharibə başa çatdıqdan sonra isə sadəcə əsirlərlə dəyişəcəklər. Onun yaxşı insan olduğunu gördüm və biz təslim olmağa qərar verdik. Reallıqla üzləşəndə anladım ki, bu xalq mübarizə apara bilər. Biz onları lazım olandan az qiymətləndirməməliyik. Bu, bizim ən böyük səhvimiz idi”, - deyə Hayk etiraf edib.

Hayk, həqiqətən də Ermənistana qaytarılıb. Ermənistan mediasının yazdığı məlumata görə, o, bir müddət sonra ailə həyatı qurub.
 Azərbaycan Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq öhdəliklərini yerinə yetirir. Bu hadisə isə bunun daha bir sübutudur.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol