Həbsdə olan oğluna beş telefon vermək istəyərkən tutuldu

Bakıda ata həbsdə olan oğluna beş ədəd mobil telefon keçirmək istəyib.
Bildirilirb ki, Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məmməd Mehdi oğlu Məmmədovla görüşə gəlmiş atası, Bakı şəhər sakini Mehdi Məmməd oğlu Məmmədov oğluna beş ədəd mobil telefon aparatlarını ötürməyə cəhd edib.
Təcridxana əməkdaşlarının sayıqlığı nəticəsində mobil telefon aparatları aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























