Növbəti ildən qaz sayğacları dəyişdiriləcək - RƏSMİ

"Azəriqaz" İstehsalat Birliyi gələn il 110 yaşayış massivinin qazlaşdırılmasını nəzərdə tutub.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
"Yaxın gələcəkdə "Azəriqaz" 500 yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır. Gələn il "Azəriqaz" xüsusi sim-kartlarla təmin edilmiş smart tipli sayğaclarının (mexaniki – red.) quraşdırılmasını həyata keçirəcək. Sim-kartlarla təmin edilmiş sayğaclar məlumatların uzaqdan oxunuşunu, qaz təminatının dayandırılmasını (borc yarandıqda – red.), əvvəlcədən ödəniş və digər funksiyalarını həyata keçirməyə imkan verəcək. İB smart tipli sayğacların (radiodalğalar vasitəsi ilə kənardan oxuna bilən – red.) quraşdırılmasına ötən il yeni çoxmərtəbəli binalarda başlanılıb və 50-yə yaxın mənzil-kommunal təsərrüfatı əhatə edir", deyə Ruslan Əliyev əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























