• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqaz Müsəlmanları İdarəsi süni mayalanmaya qarşı çıxdı

Qafqaz Müsəlmanları İdarəsi süni mayalanmaya qarşı çıxdı
08.05.2014 18:35

“Ümid edirik ki, Milli Məclis «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunu müzakirəyə çıxarmayacaq” 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin süni mayalanma məsələsinə dair mətbuata verdiyi açıqlama ilə bağlı irad xarakterli bəyanat verib.

 

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir:

“İslam hüququ (fiqh) və şəriət hökmlərinə görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının rəhninə tibbi üsulla yerləşdirilməsinə şəriət baxımından icazə verilir. Bu yolla doğulan uşaqlar şəri baxımdan bütün hüquqlara malik olurlar.

 

Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olurlar. QMİ olaraq birmənalı şəkildə bunu bəyan edir və nikahdankənar şəxslərin donorluq məsələsinə dair məlumatlar verilərkən QMİ-nin buna guya müsbət rəy verməsi barədə təhrifli fikirlərin yayılmasına etirazımızı bildiririk.

 

Cəmiyyətimizin diqqətinə çatdırırıq ki, dini mərkəz olaraq, bu və digər mühüm məqamlara dair ətraflı fikir və rəylərimizi «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq Komitəsinə 2012-ci ilin dekabrında rəsmən  təqdim etmişik. Maraqlananlar həmin məktubun mətni ilə QMİ-nin rəsmi vebsaytında (qafqazislam.com) tanış ola bilərlər. Qeyd edilən açıqlamada göstərilir ki, 10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək. Ümid edirik ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətimiz büdcə hesabına süni mayalanma həyata keçirilməsi məsələsində də milli mentalitetimizə, İslamın şəri normalarına zidd hər hansı məqamın reallaşmasına yol verməyəcək. Bir daha bəyan edirik ki, süni mayalanmanın nikahdankənar şəxslərin donorluğu ilə həyata keçirilməsi haramdır. Dindarlar adından ümidvar olduğumuzu bildiririk ki, Milli Məclis belə bir qanunu müzakirəyə çıxarmayacaq və qəbul etməyəcək”. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol