Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi - Şərikinin maşınını atəşə tutub

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.
Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.
Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi "AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib