• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “İlin mobil operatoru” adına layiq görüldü

“Nar” “İlin mobil operatoru” adına layiq görüldü
18.12.2021 13:17
"Nar” dekabrın 17-də keçirilən "Caspian Business Awards 2021” mükafatlandırma mərasimində "İlin mobil operatoru” adına layiq görülüb.


Anews.az xəbər verir ki, seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.


Mobil operator ötən hesabat dövründə abunəçi bazasında 5% artıma nail olub, həmçinin yüksəkkeyfiyyətli mobil internet xidməti sayəsində 4G istifadəçilərinin sayında 23% irəliləmə qeydə alıb. Bundan başqa, mühüm sosial əhəmiyyət kəsb edən layihələri ilə seçilən "Nar”, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, son üç ildə sosial fəaliyyətlərə ümumilikdə, 3 milyon manatadək investisiya ayırıb.


"2021-ci il bizim üçün abunəçilərimizə fərdiləşdirilmiş məhsullar təqdim etdiyimiz, müştərilərimizlə yenilənmiş xidmət mərkəzlərində görüşdüyümüz, sosial layihəri uğurla davam etdirdiyimiz bir il olaraq yadda qaldı. Bugün bu mükafata layiq görülməyimiz mobil operator olaraq fəaliyyətimizin düzgün istiqamətdə qurulmasının göstəricisidir. Növbəti ildə də abunəçilərimizə vəd etdiyimiz üstün xidmət dəyərini qorumaq üçün böyük əzmlə çalışacağıq”, - deyə "Nar”ın Baş icraçı direktoru Qunnar Panke bildirib.


Bildirək ki, mükafatın təsisçisi "Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol