• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 4 məmur cəzalandırıldı

Azərbaycanda daha 4 məmur cəzalandırıldı
08.05.2014 17:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 4 region rəisinə işlərində yol verdikləri nöqsanlara görə intizam tənbehi verilıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində cari ilin birinci rübü ərzində görülən işlərə həsr olunan müşavirədə bildirilib ki, cari ilin I rübü ərzində Xidmət tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3277 fakt aşkar edilib. Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin I rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ isə 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.

Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143 796 manatını əməkhaqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Müşavirədə qeyd edilib ki, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol