Türkiyədə ağır avtobus qəzası, ölənlər var - İkisi azərbaycanlıdır

Türkiyədə baş verən avtobus qəzasında iki azərbaycanlı həlak olub.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qars-Ərzurum yolunda qeydə alınıb.
Belə ki, Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobus Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində qar yağması səbəbiylə aşıb.
Qəza nəticəsində avtobusda olan iki azərbaycanlı - 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova, o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























