MN-dən Üzeyir Cəfərov məsələsinə reaksiya

Müdafiə Nazirliyi hərbi ekspert Üzeyir Cəfərova nazirlikdə vəzifə verilməsi ilə bağlı xəbərə münasibət açıqlayıb.MN-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, nazirliyin belə bir təşəbbüsü yoxdur: “Adıçəkilən şəxs özü də açıqlama verib ki, ona belə bir təklif olunmayıb”.Ü. Cəfərovun əvvəllər MN-nin yüksək rütbəli şəxsindən ona belə bir təklif olunması haqda dediklərinə gəlincə, nazirlik bunu da təkzib edib: “Nə indi, nə də əvvəllər MN belə bir təklif irəli sürməyib”.Qeyd edək ki, mediada müdafiə naziri Zakir Həsənov hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsinə gətirilməsini istəyib.Ü. Cəfərov isə hazırda bunun real olmadığını, amma əvvəllər ona belə bir təklif edildiyini açıqlayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























