Nazirdən jurnalistin övladı ilə bağlı baş verən qalmaqala MÜNASİBƏT

Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib, bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Hadisə bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin övladı ilə bağlı baş verib. Belə ki, 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.
www.anews.az
"İnanıram ki, bunu şagirdi alçatmaq üçün etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəsin", - deyə nazir söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























