Uşaq bağçalarına işə qəbul qaydası AÇIQLANDI

Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək, bunu təhsil naziri Emin Əmrullayev bu gün prezidentin təhsillə bağlı yeni sərəncamlarına aid keçirilən brifinqində deyib.
"Bu pillə üzrə təhsil işçilərinin bu və ya digər formada diaqnostik qiymətləndirilməsinin aparılması labüddür. Ümumtəhsil müəssisələrində bu üsul özünü doğrultdu. Biz gördük ki, hansı müəllimin fəaliyyəti nədir. Saat bölgüsündə bunu nəzərə aldıq”, - deyə nazir əlavə edib.
Məktəb müəllimlərinin işə qəbulu imtahan vasitəsilə həyata keçirilir. 2011-ci ilə qədər isə bağçalarda işə qəbul həmin bağçaların müdirləri tərəfindən həyata keçirilirdi. Bağçalar icra hakimiyyətlərinin nəzdinə keçdikdən sonra işə qəbul nəzarəti icra hakimiyyətlərinn tabeliyində olub.
20 dekabr Prezident İlham Əliyevin yeni sərəncamı ilə uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.
Gülnar Nazimqızı
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























