Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb

Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb, bunu təhsil naziri Emin Əmrullayev prezidentin təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
"Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır. İnsanlar istənilən mövzuda klip çəkə bilərlərSadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”, - deyə o əlavə edib.
Bir müddət öncə ibtidai sinif şagirdlərinin iştirakı ilə "din” təbliğatı altında çəkilən klip ölkə gündəmini zəbt etmişdi. Klipdə şagirdlərin Təhsil Nazirliyinin məktəblilər üçün müəyyən etdiyi geyimdə olması və 12 İmama həsr olunan mahnıda rol alması əks olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























