Polisə müraciət etməyə utanmayın!

Gündəlik həyatımız ən müxtəlif qanunsuzluqlarla və qanun pozuntuları ilə doludur – evlərin pilləkənlərinin aylarla təmizlənməməsindən tutmuş, böyük məbləğdə rüşvət müqabilində vəzifəyə təyin olunma faktlarına qədər. Biz bütün əyrilikləri düzəltmək gücündə deyilik, amma elə hallar da var ki, əgər həqiqətən də gündəlik yalanla barışmaq istəmiriksə, onda öz sözümüzü deməyi bacarmalıyıq.Çoxumuz belə hesab edirik ki, bizdən heç nə asılı deyil və cəmiyyətimiz qətiyyən düzələn deyil. Sürücülərə Təlim İctimai Birliyinin sədri Fazil Məmmədov isə heç də bu fikirlərlə razılaşmır.O, Daxili İşlər Nazirliyi Baş Polis İdarəsindən aldığı iki rəsmi məktubu mənə göstərdi. Məktublardan birində Məmmədova bildirilir ki, onun müraciətinə baxılmış və nəticədə Bakıda sərişinlərin enmə-düşmə qaydalarını pozmuş sərnişin avtobusunun sürücüsü inzibati qaydada cərimə olunub. Sürücü maşını uyğun olmayan yerlərdə saxlayıb və bununla da arxadan gələn avtomobillərin hərəkətinə mane olub.Nazirlikdən göndərilmiş ikinci məktubda bildirilir ki, Məmmədovun müraciətindən sonra Bakıda taksi fəaliyyəti ilə məşğul olan beş avtomobil tərəfindən qaydaların pozulması halları aşkar edilib, həmin taksi sürücüləri “Azadlıq” prospekti və Nəsimi küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını pozublar. Qaydanı pozanlar barəsində protokollar tərtib edilib və sürücülər inzibati yolla cəzalandırılıblar.Rəsmi məktublarə nazirliyin idarə rəisi Nuşirəvan Səfərov imzalayıb."Bununla mən göstərmək istəyirəm ki, qanun işləyir, amma bunun üçün əhali də nəsə etməlidir. Adamların rüşvət verərək avtomobilini texniki baxışdan keçirməsindən şikayətlənmək əvəzinə, şəhərdə əks istiqamətdə hərəkət edən avtomobilin farasının kor etməsini videolentə aldırmaq lazımdır. Hətta əgər sizin maşında orta keyfiyyətli videoqeydiyyatçı varsa belə, qayda pozunutusuna yol verən maşının nömrəsini qeydə almaq yetərlidir. Həmin sürücünü cəzalandırmaq üçün isə polisə ərizə ilə müraciət etmək lazımdır.Təsəvvür edin ki, əgər gün ərzində bir maşına beş şikayət gələrsə, onda həmin avtomobilin sahibi 15 manat cərimə ödəməyə məcbur olacaq və öz faralarını nizama salacaq ki, bir daha belə cərimə ödəməsin. Amma əgər avtobuslarla və taksilərlə mübarizəyə başlansa, onun yanında bu xırda məsələlərdir", - F.Məmmədov bildirib.Kamal ƏliANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























