Sabah Bakıda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacaq, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























