Sakinlərdən 61 odlu silah götürülüb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirlərində 2021-ci ildə rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 7-si aparılan maarifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Əməliyyat yolu ilə aşkarlanan 54 odlu silahdan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır. Qeyd edək ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə şöbə əməkdaşları əməliyyat-profilaktiki tədbirləri davam etdirir. Əməliyyatlarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində S. Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı "AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Bununla da polis əməkdaşları həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb", - deyə məlumatda bildirilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib