İtkin düşən 13 yaşlı qızı qaçıran şəxs HƏBS EDİLDİ

Yevlaxda qardaşının 13 yaşlı qızını qaçırıb zorlayan şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar müvafiq tədbirlərə başlanılıb.
Araşdırmalarla Elçin Mustafayevin qardaşı qızını Bakıya apardığı müəyyənləşdirilib. Onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3 (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























