• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbçi jurnalistə Müdafiə Nazirliyində vəzifə verilir

Hərbçi jurnalistə Müdafiə Nazirliyində vəzifə verilir
08.05.2014 14:33
Müdafiə Nazirliyinin yüksək çinli rəhbər heyətinin iştirakı ilə keçirilən iclasda nazir, general-polkovnik Zakir Həsənovun təklifi toplantı iştirakçılarında şok effekti yaradıb. Məlumata görə, bir neçə gün əvvəl Z.Həsənovun sədrliyi ilə keçirilən yığıncaqda Müdafiə Nazirliyindəki kadr islahatları və boş qalan yerlərə təqdimatlar məsələsi müzakirə edilib. Müzakirə predmetlərindən biri də “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsinə təqdimatla bağlı olub. “Azərbaycan Ordusu” qəzetinin fəaliyyətini və onun keçmiş baş redaktorlarının siyahısını nəzərdən keçirdikdən sonra nazirin təklif etdiyi şəxsin kimliyi təəccüblə qarşılanıb. Hətta bəziləri Z.Həsənovun onların mövqeyini öyrənmək üçün bu şəxsin namizədliyini irəli sürdüyünü düşünüblər.  Ancaq nazir mövqeyində israrlı olduğunu və həmin jurnalistə onun təklifinin çatdırılmasını istəyib. İclasda şok yaradan amil isə bu namizədin Müdafiə Nazirliyi strukturu ilə bağlı daim tənqidi fikirləri ilə tanınan hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov olması olub. Z.Həsənov müvafiq şəxslərə Üzeyir Cəfərovla danışmalarını və onun razılıq verəcəyi təqdirdə baş redaktor vəzifəsinə çağırılması barədə tapşırıq verib. Z.Həsənovun təklifi bir nazir müavini və idarə rəisi tərəfindən etirazla qarşılanıb. Onlar deyiblər ki, Ü.Cəfərov bu günə qədər Müdafiə Nazirliyinin əleyhinə danışıb və bundan sonra da mövqeyini dəyişməyəcək. Z.Həsənov isə arqumentləri əsassız hesab edərək deyib ki, zamanında ona qarşı lazımsız təzyiqlər edilib və günahkar tək Ü.Cəfərov deyil. Nazir tapşırıb ki, Ü.Cəfərovla əlaqə saxlanılsın və qəzetin rəhbərliyi ona tapşırılsın: “O, həm qəzeti normal səviyyəyə gətirər, həm də məsələ birdəfəlik həll olunar”.  Qeyd edək ki, Ü.Cəfərov bir müddət əvvəl Nazirlikdə ona vəzifə təklif edildiyini açıqlamışdı.//Aznews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol