• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə gətirilən minik avtomobillərinin dəyəri AÇIQLANDI

Ölkəyə gətirilən minik avtomobillərinin dəyəri AÇIQLANDI
29.12.2021 22:30
2021-ci ilin 11 ayı ərzində Azərbaycan 81 726 ədəd avtomobil idxal edilib, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 33 885 ədəd və ya 70,8 faiz artım deməkdir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

İdxal edilən avtomobillərin ümumi dəyəri 835 376 720 ABŞ dolları həcmində olub. Azərbaycan avtomobil idxalına ötən ilin eyni dövrü ilə müqayisədə 259 201 690 dollar və ya 45 faiz daha çox vəsait sərf edib.

Müvafiq dövr ərzində ölkəmiz 213 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. İdxal həcmi 2020-ci ilin eyni dövrünə nəzərən 10 ədəd və ya 4,5 faiz azalıb. Bu avtomobillərin idxal dəyəri 32 604 400 dollara yaxın olub.

Cari dövrdə 76 348 ədəd minik avtomobili idxal edilib və onların ümumi dəyəri 704 752 710 dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrünə nəzərən 32 070 ədəd və ya 72,4 faiz, onların dəyəri isə illik müqayisədə 45,3 faiz artıb. 

11 ay ərzində yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 1 821 ədəd və ya 1,6 dəfəyə qədər artıb. Müvafiq dövr ərzində 5 024 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 81 231 940 dolları təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 ədəd və ya 2,9 faiz çox olmaqla 141 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 16 787 670 dollar olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol