• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
21.12.2021 17:51
Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bununla bağlı bu gün keçirilən məhkəmə iclasında hökm oxunulub. 


Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli son söz deyib.

O, məhkəmədən bəraət istəyib.

Digər təqsirləndirilən Nadir Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.

Daha sonra məhkəmə müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

Hökmə əsasən, Vüqar Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyde edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.

Proses davam edir.

Dövlət ittihamçısı Vüqar Səfərlinin 11 il, Bünyamin İsmayılov 7 il, Ədalət Vəliyev 7 il, Nadir Məmmədov 7 il,   Bəxtiyar Fətullayev 2 il, Təmkin Xəlilov 2 il, Telman Tahirov 7 il, Valeh Orucov 2 il, Təhminə Yaqubova 6 il şərti, Şahin İbrahimov 2 il və Namiq Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cinayət işi üzrə Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol