Üç hakimin səlahiyyətinə xitam verildi - Rəsmi

Cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək üç nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq altı aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.
Bildirilib ki, təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə, səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.
Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən səkkiz nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























