• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
22.12.2021 10:43
20 dekabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib.
 
İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
 
İlk olaraq Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iclas iştirakçılarını salamlayıb. Daha sonra Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
 
İclas iştirakçıları "Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025)”, "2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, "Qrantın verilməsi qaydaları”, "Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və Qarabağ Dirçəliş Fondunun kənar auditorunun seçilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
 
Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol