• $
  • €
  • ₽
  • ₺
  • £

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlandı

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlandı
25.12.2021 23:00
Azərbaycandan Ümrə ziyarətinə getmək üçün bu günə qədər 20 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edib və hazırda müraciətlərin qəbul edilməsi davam edir, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

Vüsal Cahangiri bildirib ki, bir qrupda gedəcək zəvvarların say məhdudiyyəti 45 nəfərdir, lakin 45 nəfərdən də az olduğu halda qrup Ümrə ziyarətinə yola düşə bilər.

2022-ci il yanvarın 13-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən növbəti Ümrə ziyarəti planlaşdırılır. Həmin vaxt Ümrə ziyarəti üçün qiymət təxminən 1440 ABŞ dolları təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.

Bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.

"Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.

Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər.

Səfər edənlərdən COVID-19 pasportu tələb olunur. Hazırda 2 "Sinovac" + 1 "Pfizer" və ya iki "Pfizer" olan pasport tələb olunur. Hələ ki, iki doza "Sinovac" olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar", - məlumatda deyilir. (trend.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol