"Azərbaycanda sosial şəbəkələr qeybət üzərində inkişaf edir" - Millət vəkili

Bir çox ölkələrdə sosial şəbəkələr başqa istiqamətdə inkişaf etdiyi kimi, Azərbaycanda bu istiqamət dedi-qodu, qeybət üzərində inkişaf edir.
Anews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkil etdiyi "Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil" adlı konfransda çıxışı zamanı deyib.
"Boşananların böyük əksəriyyətinə sosial şəbəkələr təsir edir. Qapalı mühitdən çıxan insanlar özlərini, duyğularını, fikirlərini açıq mühitdə lazımı səviyyədə ifadə edə bilmədiyi üçün ailədə problemlər yaşayır. Bu sosial şəbəkənin günahı deyil ki...Bir çox ölkələrdə sosial şəbəkələr hansısa istiqamət üzrə öz təsirini göstərir. Azərbaycanda da qeybətin, dedi-qodunun inkişafına təsir edir. Sosial şəbəkələrdən mədəni insanlar qaçmağa başlayıb. Texnologiyanı biz bunla məğlub etmişik. Bu cür tədqiqatların aparılması çox vacibdir. Azərbaycanda hər bir qurum bu qədər fədakarlıqla çalışsaydı inanın Azərbaycanın əksər problemləri qısa vaxt ərzində həll olunardı. Çevrəmizdə vəzifəni iki əllə götürənlər dövlətin məsuliyyətini götürməyə məsuliyyət duymurlar. Real təkliflər verməliyik. Ciddi dəyişikliklərə nail olmasaq, ailə inistitutu kifayət qədər defermasiyaya uğruyacaq və fərdlərin ailə məsuliyyəti olmuyacaq. Ailə məsuliyyəti olmayanda da cəmiyyət çökür", deyə Fazil Mustafa bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























