BNA sərnişindaşımaların təşkilinə dair illik hesabatını açıqladı

2021-ci vətəndaşlara keyfiyyət və təhlükəsizlik baxımından müasir tələblərə uyğun sərnişindaşıma xidmətlərinin göstərilməsi baxımından yaddan qalan olub. Dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.
Anews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) illik hesabatında deyilir.
Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi (BNA) ilə qardaş Türkiyənin "BMC” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və "Avro 6” standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus "BakıKart”a inteqrasiya edilib.
Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklər 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.
İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib