Şahin Sultanovun apellyasiya şikayətinə baxılır

Bakı Hərbi Məhkəməsində vəzifə saxtakarlığı və külli miqdarda mənimsəmə maddələri ilə təqsirləndirilən Şahin Sultanovun apellyasiya şikayətinə baxılır.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılır. Şahin Sultanov 23 aprel 2014-cü ildə həbs edilib. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























