• $
  • €
  • ₽
  • ₺
  • £

Rektorunun müşavirini bıçaqlayan şəxs məhkəməyə çıxıb

Rektorunun müşavirini bıçaqlayan şəxs məhkəməyə çıxıb
23.12.2021 22:30
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyev ifadə verib.
 
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dindirilən təqsirləndirilən şəxs bildirib ki, 11 il BDU-da ağac sexində işləyib.
 
İ.Mirzəyev deyib ki, 2019-cu ildə universitetə yeni rəhbərlik gələndən sonra onu ərizə ilə başqa işə keçiriblər: "Yeni işdə maaş az idi. Mən də 5 dəfə rektora müraciət etdim ki, maaşımı qaldırsınlar. Söylədilər ki, struktur dəyişiklikləri olacaq, sonra maaşım nomallaşacaq. Sexdəki avadanlıqlar da mənimdir. Mirzə Mirzəyevə bildirdim ki, 2 ildi gözləyirəm, amma maaşında irəliləyiş yoxdu. Mübahisəmiz düşdü, sonra onu bıçaqla vurdum. Təcili yardım maşını çağırdım, Polis Bölməsinə könüllü təslim oldum. Əməlimdən peşmanam".
 
Daha sonra zərərçəkmiş qismində BDU-nun rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev ifadə verib: "İsmixan maliyyə problemləri ilə bağlı yanıma gəlirdi. Onun müraciətini rektora məruz elədim. Dedim ki, struktur dəyişiliyi zaman ştat cədvədi açılanda maaşı artırılacaq. Onunla başqa ünsiyyətim olmayıb. Sonra İsmixanla mübahisəmiz oldu, bıçaqla məni vurdu”.
 
Digər zərərçəkmiş Şahlar Bəgalıyev dindirilərək bildirib ki, 1990-cı ildən BDU-da komendant işləyib. O, hadisənin necə baş verdiyindən danışıb: "Mirzə müəllimin otağına gəldim. Gördüm ki, İsmixan Mirzə müəllimi yıxıb. Onun qabağına keçəndə məni də vurdu. Düşünməzdim ki, onun əlində bıçaq ola. İsmixandan şikayətçi deyiləm”.
 
Məhkəmənin növbəti iclası 2022-ci il yanvarın 21-nə təyin edilib.
 
Bu ilin iyulun 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
 
Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol