• $
  • €
  • ₽
  • ₺
  • £

Polis tərəfindən saxlanılan şəxs şöbədə öldü - FOTO

Polis tərəfindən saxlanılan şəxs şöbədə öldü - FOTO
23.12.2021 19:22
Bakıda əməliyyat nəticəsində saxlanılıb polis şöbəsinə aparılan şəxs orada vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi Rayon 4-cü Polis Şöbəsində qeydə alınıb. Polis əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilən 1980-ci il təvəllüdlü Məmmədov Gəncəvi Cahangir oğlu orada vəfat edib. Yaxınları onun Şöbədə döyüldüyünü, daha sonra öldüyünü iddia ediblər.

Onların sözlərinə görə, G.Məmmədov dekabrın 20-də axşam saatlarında saxlanılıb. Dekabrın 21-də isə onun meyitinin morqda olması barədə yaxınlarına məlumat verilib. Ailə üzvləri dəfn zamanı meyitin üzərində xəsarətlər gördüklərini deyirlər.

Daxili İşlər Nazirliyinin inspektoru, polis mayoru Anar Qafarov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Gəncəvi Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilindiyi üçün saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilib: "Şöbəyə çatan zaman o, ürəyində ağrılarının olması barədə polisə məlumat verib. Dərhal bu barədə təcili tibbi yardıma məlumat verilib. Təcili tibbi yardım gələnə kimi isə həmin şəxsə polis əməkdaşları ilkin yardım göstəriblər.
Amma edilən cəhdlərə baxmayaraq, Gəncəvi Məmmədov Şöbənin dəhlizində dünyasını dəyişib. İlkin müayinələr zamanı onun ürək çatışmazlığından dünyasını dəyişdiyi məlum olub. Polis şöbəsində həmin şəxsə xəsarət yetirildiyi və ya fiziki zor tətbiq edildiyi barədə səslənən iddialar tamamilə əsassız və yalan informasiyalardır. Həmin şəxs saxlanılandan sonra şöbədə xidməti otağa və ya müvəqqəti saxlama yerinə aparılmayıb, dəhlizdə olarkən ürək ağrılarından şikayət etməyə başlayıb”.

Ailə üzvləri isə G.Məmmədovun hər hansı xəstəliyi və səhhətində narahatlığı olmadığını, əvvəllər məhkum edilmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini iddia edirlər. 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol