• $
  • €
  • ₽
  • ₺
  • £

Orqan implantasiyası ilə bağlı əməliyyatlar Xidmətlər Zərfinə daxil ediləcək

Orqan implantasiyası ilə bağlı əməliyyatlar Xidmətlər Zərfinə daxil ediləcək
23.12.2021 20:25
"Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir. Bununla yanaşı, orqan implantasiyası ilə bağlı əməliyyatları da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır”.

Anews.az  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Bayramov Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.

Məlumatda xidmətlərlə bağlı mövcud rəqəmlər səsləndirilib və gələcəkdə nəzərdə tutulan artımlardan bəhs edilib. Qeyd edilib ki, icbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir və bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib.

O da qeyd edilib ki, icbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir.
Bildirilib ki, icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol