• $
  • €
  • ₽
  • ₺
  • £

Dərman üçün gecə saat 2-dən növbə tuturlar

Dərman üçün gecə saat 2-dən növbə tuturlar
24.12.2021 10:26
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemləri  görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər bölgələrində yaşanır.
 
Bu dəfə isə bənzər mənzərə Mingəçevirdə görünüb. Belə ki, Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin dərmanlar üçün növbəyə düzülməsini əks etdirən foto sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, onlar gecə saatlarından növbəyə düzülsələr də, lazım olan dərmanları ala bilmirlər. Onlar arasında gecə 2 radələrindən növbə tutan vətəndaşlar var. 
 
Xəstələri bu növbələrdə kim saxladır? 
 
Mingəçevir Mərkəzi Xəstəxanasının Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, tibb ocağının qarşısında belə növbənin yaranmasına səbəb alınan dərmanların sayının xəstələrin sayına uyğun olmamasıdır: "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 4523 nəfərdir. Xəstələrin dərman təminatını yetəri qədər təmin etmək üçün hər ay xəstəxana tərəfindən İnnovasiya və Təchizat Mərkəzinə sifariş yazılır. Lakin hər ay üçün alınan dərmanların sayı xəstələrimizin sayına uyğun olmadığı üçün böyük problemlə qarşılaşırıq. Bununla bağlı lazımı üst qurumlara müraciətlər olunmasına baxmayaraq, nəticə hələ də dəyişməz olaraq qalır. Bu səbəbdən xəstələr tərəfindən bu şəkildə növbələr yaranır”.
 
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır: "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir. Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir.
 
 Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə, bu rəqəmin 60 vahidə çatdırılması təklif edilib”.
 
Hazırda Azərbaycanda şəkərli diabetlə əlaqədar rəsmi qeydiyyatdan keçən 283 min nəfər xəstə var.(Qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol