''Məktəbdə nə əyriliklər olur, direktor bizim pullarımızla düzəldir''- Valideyn- VIDEO

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı iddia edilir.
www.anews.az
Bu barədə sosial şəbəkələrdə video yayılıb.
Valideynlər məktəbin direktoru İradə Məmmədovanın davamlı olaraq pul yığdığını iddia ediblər:
"Davamlı olaraq bizdən 1-5 manat pul yığır. Məktəbdə nə əyriliklər olur bizim pullarımızla düzəldir. İradə müəllimə özü deyir ki, dövlət istəyir. Prezident deyir rüşvəti yığışdırın, sən nə yaxşı rüşvəti ortaya atırsan?”
Valideyn həmçinin pul yığılması ilə bağlı səs yazısını da göstərib. Səs yazısında danışan şəxs valideynlərdən məktəbin borcunun ödənilməsi üçün pul gətirmələrini tələb edib. "Firudun müəllimdən ayıbdır, deyəcək ki, 17-18 manat borcu verə bilmirlər” -, deyə səs yazısında danışan şəxs deyib.
Valideyn Əlimərdanova Tünzalə isə övladının təhsil aldığı sinfi dəyişdirmək üçün 200 manat pul verdiyini deyir. O, həmçinin qeyd edir ki, digər valideynlər də övladlarının sinfini dəyişmək üçün 200-250 manat pul veriblər.
Təhsil naziri Emin Əmrullayevin məktəblərdə pul yığımı ilə əlaqədar açıqlamalarından sonra sosial şəbəkələrdə bu kimi və ya digər neqativ hallarla bağlı paylaşımlar artıb. (Yeniavaz)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























