Ərdoğan İlham Əliyev haqda nə dedi? - Video

Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "PREZİDENT. Təkrarsız diplomatiya” adlı sənədli film hazırlanıb. Filmdə dünya liderlərinin dövlət başçısı barədə açıqlamaları yer alıb.
Anews.az-ın məlumatına görə, filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevi təbrik edib və onun barəsində fikirlərini bölüşüb:
"İlham qardaşımın Baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdıraraq, haqlı mübarizəsində tarixi bir zəfər qazandı. Vətən Müharibəsi dövründə müxtəlif təxribatlara rəğmən, İlham qardaşım qətiyyətli liderlik sərgiləyərək, zəfərin baş memarı olub. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı, bu qüruru və sevinci Türkiyə və Azərbaycanda bizim hamımıza yaşatdı. Bu münasibətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevi və qəhrəman Azərbayxan xalqını bir daha təbrik edirəm.
Qarabağın azad edilməsində olduğu kimi, yenidən bərpa olunması prosesində də Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və hər zaman azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə addımlamağa davam edəcəyik. İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etməsində böyük səylər göstərib. Ölkələrimiz arasındakı qardaşlığın zirvədə olmasında İlham qardaşımın səmimiyyətinin payı böyükdür. Ümumilli liderin bizlərə miras qoyduğu "bir millət, iki dövlət” şüarını İlham qardaşımla birlikdə daha irəlilərə aparmaqda qərarlıyıq”, - deyə Ərdoğan söyləyib.
Türkiyə Prezidenti bununla yanaşı, Azərbaycanın qardaş Türkiyəyə çətin anlarında etdiyi köməkdən də danışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























