• $
  • €
  • ₽
  • ₺
  • £

“Aztelekom”a yeni baş direktor təyin edildi

“Aztelekom”a yeni baş direktor təyin edildi
25.12.2021 13:55
Azərbaycanın sabit telekommunikasiya operatoru "Aztelekom” MMC-nin baş direktoru vəzifəsini alman əsilli Klaus Müller icra edəcək, bu barədə qurumun özü məlumat yayıb. 

Yeni təyinatın məqsədi qurumda korporativ idarəetmənin dünya praktikasına uyğun təşkili, şirkətdə müştəri yönümlü korporativ mədəniyyətin təşəkkülü, xidmət şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsidir.

Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən "Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor,  Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda "Avropada Amerika Ticarət Palatası”nın idarə heyətinin üzvüdür. 

"Aztelekom” MMC-yə təyinatından öncə ABŞ-da "McKinsey&Co” şirkətində telekommunikasiya məsələləri üzrə məsləhətçi olub.

Klaus Müller iqtisadiyyat, siyasi elmlər və biznesin idarəedilməsi üzrə təhsil alıb. Bavariyanın "Fridrix-Aleksandr Universiteti”nin rabitə sənayesində institusional dizayn və tənzimləmə tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol