Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1 092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8 284 nəfər vəfat edib, aktiv xəstə sayı 11 915 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 887, ötən müddət ərzində isə ümumilikdə 5 808 380 test aparılıb, koronavirus (COVID-19) əleyhinə 26 436 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 659 458, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 388 230 təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























