• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın "Safari park"ında yenilik - FOTOLAR

Azərbaycanın "Safari park"ında  yenilik  - FOTOLAR
26.12.2021 13:23
Şamaxının Pirqulu dağ massivində yerləşən Safari Parkda tezliklə əsas funksiyası orqanizmi cavanlaşdıracaq pant vannası qəbul etmək üçün sanatoriyalar fəaliyyət göstərəcək. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin (AKİA) təşkil etdiyi mediaturda Safari Parkın turizm üzrə koordinatoru Leyla Əliyeva anews.az-a açıqlamasında bildirib.  

 "Tezliklə parkda pant vannası qəbul etmək üçün sanatoriya fəaliyyət göstərəcək. Pant bir çox xəstəliklərin dərmanıdır, ancaq onun əsas funksiyası orqanizmi cavanlaşdırmasıdır", deyə Əliyeva deyib. 
 
Maralın tam sümükləşməmiş buynuzu pant adlanır. Buynuz  aprel-mayda sümükləşməmiş şəkildə olanda kəsilir. Pantlar 3 sutka qaynadılır.  Buynuz müalicəsi 10 gün davam edir. 

Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, müqavimətin gücləndirilməsinə faydalıdır. Pant vannaları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir, arterial təzyiqi tənzimləyir, müxtəlif onurğa və oynaq xəstəlikləri zamanı effektivdir.  Pant vannaları 52 xəstəliyin çarəsidir.

Leyla Əliyevanın sözlərinə görə, ərazisinin böyüklüyünə, heyvanların növ zənginliyinə, yaxın məsafədən heyvanları müşahidə etmək imkanına görə Qafqazın ən böyük parkı hesab olunur.

"Park 2017-ci il oktyabrın 10-da  açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Hazırda isə ziyarətçilər safari parka gələ bilərlər.  Safari Parkda 3 növ maral, zubr, bizon, lama, alpakalar olmaqla 1300-1500 civarında iribuynuzlu heyvan yaşayır.  Heyvanlar hər il vaksin olunur. Onlar ot və vələmir ilə qidalanırlar. Fəsillərə görə heyvanların qida rejimləri dəyişir. Onlar qışda hər gün 2 dəfə, yayda isə 1 dəfə qidalanırlar",  - deyə Əliyeva əlavə edib.
 
Parka giriş 6 yaşadək uşaqlar üçün pulsuz, 18 yaşdan yuxarı şəxslər üçün  isə 10 manatdır.






 
Aytac Zeynalova
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol