Lənkəranda avtomobilin vurduğu yaşlı qadın ölüb

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.
Belə ki, Nadir Əliyev idarə etdiyi "VAZ- 2106” markalı avtomobillə Səpnəkəran kənd sakini, 1948-ci il təvəllüdlü Sofiya Vahab qızı Səfərovanı vurub.
Daha sonra sürücü yaralı qadını Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























