• $
  • €
  • ₽
  • ₺
  • £

BƏƏ Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına salıb

BƏƏ Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına salıb
26.12.2021 15:00
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb.

Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament "yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib.
Adları "yaşıl” siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur. Yeni qaydalar bu gün qüvvəyə minib. Bildirilir ki, yenilənmələr bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsinə cavab olub.

Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr daxildir.
Səyahətçilər Əbu-Dabiyə daxil olmaq üçün yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməli, beynəlxalq uyğunluq asossiasiyası saytında qeydiyyatdan keçməlidirlər.

Peyvənd olunmamış sərnişinlərdən Abu-Dabiyə səfərlərinin 9-cu günü başqa koronavirus testindən keçmələri tələb olunur, ictimai yerlərə giriş isə onlar üçün bağlı olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol