• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil almaq istəyənlər üçün TƏZƏ XƏBƏR

Xaricdə təhsil almaq istəyənlər üçün TƏZƏ XƏBƏR
08.05.2014 10:55
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar üçün illik qeydiyyat formasında dəyişiklik edib.Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir.Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə bir neçə sənədi (ali təhsil müəssisəsinin imza və möhürü ilə) təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın (http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına göndərməlidirlər. Həmin sənədlər təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi, cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript) və növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoysdur (olduğu təqdirdə). Qeyd edilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə TN tərəfindən tələbənin təhsil aldığı ali məktəbə sorğu göndəriləcək. Sənədlər tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi mümkün olacaq. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol