Uşaqların meydançasını dağıdıb, bina tikdilər

Bakı şəhərində uşaqların əyləncəsi əlindən alınıb. Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən yaşayış binalarının həyətindəki uşaq meydançası zəbt olunub. Orada artıq çoxmərtəməli binanın tikintisi aparılır. Binanın 5 mərtəbəsi ucaldılsa da, sakinlər məhəllənin hansı səbəbdən və kim tərəfindən zəbt edilməsini bilmir. Nəticə olaraq uşaqların gəzməyə, oynamağa bir məkanları qalmayıb. Sakinləri də narahat edən məhz bu məsələdir.Nəsimi rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, həmin ərazidə aparılan iş barədə araşdırma aparılandan sonra məlumat verilə bilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























