• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz hasilat aparan şirkətə cinayət işi açıldı

Qanunsuz hasilat aparan şirkətə cinayət işi açıldı
27.12.2021 18:24
Müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı vətəndaşların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlamalar aparılıb.

Anews.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla, Ağdam, İsmayıllı, Xaçmaz, Şəmkir, Lənkəran və paytaxtın Xəzər rayonları ərazilərində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmaqla vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq hallarına yol verilməsi nəticəsində çoxlu sayda ağacların qanunsuz kəsilərək külli miqdarda ziyan vurulması müəyyən edilib.

Bundan başqa, "Korgöz TM” ASC tərəfindən Korgöz əhəngdaşı yatağında qanunsuz olaraq yerin təkindən istifadə edilməklə əhəngdaşı hasilatı aparılması, həmçinin torpaq üzərində istifadə hüququnun pozulması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.1-ci (səhlənkarlıq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə bir neçə cinayət işləri başlanaraq aidiyyəti üzrə müvafiq istintaq qurumlarına göndərilib.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol