Qərara əsasən yanvarın 1-dən bu avtobuslar xətdən çıxarılmalıdır - VİDEO

Yanvarın 1-dən Bakıda dizellə işləyən avtobusların fəaliyyətinə icazə verilməməlidir. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
www.anews.az
Sözügedən qərar sabiq baş nazir Novruz Məmmədov tərəfindən 2019-cu ilin 4 mart tarixində qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Ekspert Elməddin Muradlı bildirib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməyəcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
E. Muradlı onu da bildirdi ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır:
"Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?"
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.( Xəzər xəbər)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























