Avtomobil 81 yaşlı kişini vuraraq öldürüb

Salyanda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb.
Hadisə dekabrın 14-u saat 19 radələrində köhnə Ələt-Astara yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.
www.anews.az
Hadisə dekabrın 14-u saat 19 radələrində köhnə Ələt-Astara yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənan Cəlilov idarə etdiyi "Moskviç-2140” markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Aslan Əliyevi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb. A.Əliyev dekabrın 27-də orada ölüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























