• $
  • €
  • ₽
  • ₺
  • £

Abidələrin üzərindəki qanunsuz reklam lövhələri sökülüb

Abidələrin üzərindəki qanunsuz reklam lövhələri sökülüb
28.12.2021 10:29
Bakı şəhərində dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
 
Xidmət tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması, onların bədii-estetik xüsusiyyətlərinə, ilkin simasına xələl gətirən, standartlara cavab verməyən reklam və məişət qurğularının yerləşdirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
 
Görülən tədbirlər nəticəsində tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısı alınır, tarixi abidələr ilkin görkəminə qaytarılır.
 
Həmçinin Bakıda yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
 
Söküntü işləri Dövlət Xidmətinin Bakı Regional İdarəsinin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən həyata keçirilib. Eyni zamanda, müvafiq işlərin icrasında vətəndaşlar və mülki cəmiyyətin nümayəndələri də əməkdaşlıq edib, öz dəstəklərini göstəriblər.
 
"Bundan sonra da bu kimi işlər davam etdiriləcək. Tarix-mədəniyyət abidələrinin üzərində onların memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirən qanunsuz müdaxilə halları müəyyən edilərək aradan qaldırılması təmin ediləcək. Dövlət Xidməti vətəndaşlar, elm dairələrinin nümayəndələri, müxtəlif hüquqi şəxslər, o cümlədən dövlət orqanları ilə müvafiq məsələ üzrə qarşılıqlı faydalı əməkdaşlığını davam etdirəcək", - məlumatda vurğulanıb.
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol