• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Günəşlinin yolları ilə bağlı AÇIQLAMA

Yeni Günəşlinin yolları ilə bağlı AÇIQLAMA
28.12.2021 16:28
Yeni Günəşlinin yolları çox bərbad gündədir.
 
Bu barədə qəsəbə sakini Haldun Novruzzadə məlumat yayıb. Şikayətçi bildirib ki, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qabağından, yəni AB massivindən üzü V massivinə, yeni açılışı olacaq yola yamaq vururlar: "Amma elə V massivdə də yollar bərbad gündədir. Yollar yamaq-yamaqdır. Maşın sürmək də olmur”.
 
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Anar Nəcəfli  bunları deyib: "Agentlik olaraq Yeni Günəşlinin yollarının hansı vəziyyətdə olmasından xəbərdarıq. Bununla bağlı olaraq, mərhələli şəkildə təmir işləri də aparılır.
 
Bundan əlavə, onu da deyim ki, Agentliyin gördüyü hər hansı bir iş yalan, saxta deyil. İctimaiyyətə açıq şəkildə, hər kəsin gözü önündə icra olunur. Biz Bakı şəhərinin küçələrini əhatə edən yolların təmir işlərini icra edirik. Bu işlər investisiya proqramları çərçivəsində öz həllini tapır. Təbii ki, həmin il üzrə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq. Hər il də bununla bağlı hesabat verilir”.
 
Anar Nəcəfli yolların yamaqlanması ilə bağlı iddiaya da münasibət bildirib: "Küçələrin, yolların saxlanılması üçün biz cari təmir işləri görürük. İnsanlar buna yamaqlanma deyirlər. Hansı ərazidəki yolun hissələri dağılıbsa, həmin yerdə asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi işləri aparılır. Bu işlər il ərzində icra olunur. Təbii ki, hər hansı bir dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi ərazilər olduqda o ərazilər də həmin tədbirlərdən öncə abadlaşdırılır”. (Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol