Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəliklərdir- Yaqut Qarayeva

"Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Delta ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.
www.anews.az
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə ölkədə Delta ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: "Bununla bağlı bütün imkanlarımız var”.
Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəliklərdir: "Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























